!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlərdən "8 Mart" pul yığımı: Günahkar valideyndir, yoxsa məktəb?

!Reklam – Yazi

“Pul verməyən, hədiyyə almayan valideynlər övladının sinif yoldaşlarının yanında pis vəziyyətdə olmaması, “sınmaması” və özünün də valideynlərin yanında eyni vəziyyətdə olmaması üçün prosesdən kənar qalmır”.

Bu sözləri əksər təhsil müəssisələrində şagirdlərdən 8 Martla bağlı pul yığılması faktlarını dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, valideyn komitəsindən bir nəfər hər bayramda müəllimlərə mütləq hədiyyə alınmalı olduğunu bildirir:

“Əslində çox gözəl və milli dəyərləri özündə cəmləşdirən bayramlarımız var. Bu bayramlarda hər kəs təbrik etməyi və təbrik almağı xoşlayır. Ancaq bəzən bu təbriklər xoşagəlməz səviyyədə, məcburiyyətdən olur. Bu kimi xoşagəlməz hadisələr adətən, bəzi məktəblərdə baş verir. Çox təəssüf ki, buna şərait yaradan da məhz valideynlər olur. Valideyn komitəsindən bir nəfər hər bayramda müəllimlərə mütləq hədiyyə alınmalı olduğunu bildirir və digər valideynlər də bu prosesdə iştirak etmək üçün məcbur edilir. Pul verməyən, hədiyyə almayan valideynlər isə övladının sinif yoldaşlarının yanında pis vəziyyətdə olmaması, “sınmaması” və özünün də valideynlərin yanında eyni vəziyyətdə olmaması üçün prosesdən kənar qalmır. Ona görə də öncəliklə düşüncəmiz dəyişməlidir.

Müəllimin ən gözəl hədiyyəsi onun şagirdinin uğurlarıdır. Ola bilər ki, hansısa müəllim yuxarıda qeyd etdiyimiz kimi valideynlərdən müəyyən günlərdə “qarşılıq” gözləyər. Bu zaman valideyn olaraq hər birimiz bu kimi xoşagəlməz hadisə ilə mübarizə aparmalı, təhsilə və müəllim adına heç bir halda ləkə gətirilməsinə icazə verməməliyik”.

Gülşən Şərif

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv