!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şagirdləri aqressiyaya sürükləyən SƏBƏB: Kimdir müqəssir: Valideyn, yoxsa... - VİDEO

!Reklam – Yazi

“Şagirdlərdə ağıllı telefonların olması onların qarşısına müəyyən görüntülərin çıxması nəticə etibari ilə onlarda aqressiyanın formalaşmasına gətirib çıxarır”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Bakıda yerləşən 23 saylı məktəbdə 7-ci sinif şagirdinin sinif yoldaşını bıçaqlayaraq, xəsarət yetirməsi hadisəsinə reaksiya verərkən Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bu kimi hadisələrin baş verməsində məsuliyyətin daha çox valideyn və müəllimin üzərinə düşdüyünü bildirib: “Övladımızı təhsil müəssisəsinə göndərdiyimiz zaman onun məktəbə nə daşıdığına diqqət yetirməliyik. Evdən çıxanda ilk növbədə çantası yoxlanılmalıdır. Valideyn övladının kimlərlə oturub-durmasına nəzarət etməlidir ki, gələcəkdə hər hansı neqativ hadisənin qarşısını ala bilsin. Şagirdlərdə ağıllı telefonların olması onların qarşısına müəyyən görüntülərin çıxması nəticə etibari ilə onlarda aqressiyanın formalaşmasına gətirib çıxarır. Yaxşı olardı, valideyn övladına sadə telefon versin. Təhsil müəssisəsi də məsuliyyətdən kənarda qalmamalıdır. Sinif rəhbəri hara baxırdı? Dərsdən kənar olubsa, növbətçi müəllim niyə nəzarət etmirdi?”

Ətraflı videonu təqdim edirik:

Cəvahir

 

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv