!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlərin dərsə marağının azalmasının səbəbləri: "Təhsil müəssisəsində uşaqların psixoloji vəziyyətini öyrənəcək..."

!Reklam – Yazi

“Sağlam və düşüncəli gənc yetişdirmək üçün birgə fəaliyyət mütləqdir”.

Bunu məktəblilər arasında dərsə marağın azalması və kriminal olayların artmasının səbəblərindən danışan sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Sosioloqun sözlərinə görə, şagirdlərlə yanaşı valideynlərin də maarifləndirilməsinə böyük ehtiyac var:

“Uşaq elə ana bətnində formalaşır. Bu səbəbdən elə həmin dövrdən etibarən maarifləndirmə işi aparılmalıdır. Uşaqların tərbiyələndirilməsi ilə bağlı özümün də müəllifi olduğu bir sıra kitablar var. Ən azından həmin kitablarla valideynlər nəsə öyrənməyə çalışmalıdır. Birgə fəaliyyət mütləqdir. Hər şeyi dövlətin, hökumətin üzərinə atmaq olmaz.

Mürəkkəbləşən cəmiyyətdə məktəblərin fəaliyyət xarakteri mütləq dəyişməlidir. Yeni məktəb modeli formalaşdırılmalıdır. Yəni məktəblə valideynlərin əlaqəsi möhkəmləndirilməlidir. Hər şeyi də dövlətin üzərinə atmaq olmaz. Məktəbin özü də elə dövlətin bir strukturudur.

Bir çox valideynin uşaq tərbiyələndirməklə bağlı aydın təsəvvürü yoxdur. Bu səbəbdən valideynlərin də maarifləndirilməsi ilə məşğul olmaq lazımdır. Bu, zamanın tələbidir. Hansısa Avropa, yaxud Qərb ölkəsində hansısa addımın atılmasını, bizim də həmin addım üzrə hərəkətləri təkrarlamamalıyıq. Azərbaycanın ağsaqqal sosioloqları ömrünü belə məsələlərə həsr edir, doğru yolu göstərməyə çalışır.

Hazırki cəmiyyət əlli il öncə ilə müqayisə olunduqda çox mürəkkəbləşib. Bu səbəbdən uşaqları başlı-başına buraxmaq olmaz. “Altı yaşına çatsın, məktəbə qoyaram, düzələr” fikirlərindən yayınmaq lazımdır. Uşağı məktəbə qədər formalaşdırmaq lazımdır. Məktəb dövrlərində daim təhsil ocağı ilə sıx əlaqə qurulmalıdır. Təhsil müəssisəsində uşaqların psixoloji vəziyyətini öyrənəcək kadrlar işə götürülməlidir. Yəni gələcək üçün sağlam və düşüncəli gənc yetişdirmək üçün birgə fəaliyyət mütləqdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv