!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şagirdlərin məktəbə adaptasiya problemi: Nə etməli? - Psixoloq RƏYİ

!Reklam – Yazi

Cəmi bir neçə gün sonra bütün ali və orta məktəblərdə ilk zəng çalınacaq. Valideynlərinin, nənə-babasının əlindən tutub məktəbə gedən birincilərin həyəcanı isə ikiqat olacaq. Hələ ağlayıb dərsə girmək istəməyənlər də olacaq. Tanış səhnədir, deyilmi? Az qala hər il məktəblərdə bu mənzərə ilə qarşılaşırıq. Zaman dəyişsə də, uşaqların ilk dərs günü həyəcanı dəyişmir. Bəs bunu aradan qaldırmaq üçün nə etmək lazımdır?

Tanınmış psixoloq Aidə Sübhan məsələyə olduqca maraqlı prizmadan yanaşır və çıxış yollarını deyir:

“İlk dərs günündə ən böyük çətinlik valideynin üzərinə düşür. Çünki bəzi uşaqlarda sosial adaptasiya problemi yaşanır. Sinfə, qrupa uyğunlaşmırlar. Hətta bir çox müəllimlər valideynə “narahat olmayın”, “siz gedəndən sonra düzələcək”, “siz gedəndən sonra sakitləşəcəklər”kimi ifadələr işlədirlər. Bəzən bu çox ciddi problemlər yaradır. Çünki hər bir uşaq individualdır. Düzdür, bəzilərində passiv adaptasiya olur, amma əksər hallarda ilk dərs günü uşaqlarda itirmək, ayrılmaq kimi qorxular yaradır ki, bu da onlarda daha çox “panika” əlamətləri ilə iz buraxır. Hətta deyərdim ki, bu kimi hallar panik əlamətlərlə – qarınağrısı və qusma ilə müşahidə olunur.

Təsadüfi deyil ki, ilk dərs günündən sonra valideynlər istər nervopatoloqa, istərsə də psixoloqa uşaqlarındakı bu əlamətlərlə bağlı  müraciət edirlər. Burada psixoloji faktor çox önəmlidir. Əgər uşaq bağçaya getməyibsə, onda adaptasiya problemi varsa, bu məsələdə valideyn övladına kömək etməlidir. Onu bir-iki gün əvvəldən məktəbə gətirməli, gəzdirməli, övladı ilə birgə vaxt keçirməlidir. Uşağın məktəblə tanışlığı arzuolunandır. Hətta söhbətlər belə gözəl nəticə verir. “Təsəvvür et ki, məktəbsən”, “təsəvvür et ki, dərsə cavab verirsən”, “təsəvvür et ki, bufetə gedirsən” və digər bu kimi ifadələr uşaqda adaptasiya problemini həll edə bilər. Bir də uşağınıza” “10 dəfə dərindən nəfəs al və ver”, – deyə bilərsiniz. Bu da uşaqlarda həyəcanı azaldacaq. Nəticədə uşağınıza deməlisiniz ki, məktəb yeni bir evdir, müəllimsə ikinci ana. O bu evdə xoşbəxt olacaq”.

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv