Şagirdlərin qəddini əyən məktəb çantaları: “Uşağın skeleti inkişafdan qalır və …” – VİDEO

Yeni tədris ilinin başlaması ərəfəsində övladını məktəbə yola salan valideynləri narahat edən əsas məsələlərdən biri də yenə məktəb çantalarının ağır olmasıdır.

Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Nəticədə nəinki məktəblilər, hətta onların valideynləri də çantanı daşımaqda əziyyət çəkir. Bu halın digər mənfi təsiri isə şagirdlərin fiziki sağlamlığına yönəlib.

Mövzu haqqında Yenicag.az-a danışan professor Adil Qeybulla bildirib ki, məktəb çantasının ağırlığı uşaqların onurğa sütununun deformasiyasına və uşağın skeletinin inkişafdan qalmasına yol açır. Onu da qeyd edək ki, valideynlərin narahatlığını nəzərə alaraq, bu il məktəb çantalarının ağırlığını “azaltmaq” üçün Təhsil Nazirliyi tərəfindən yeni addım atılıb.

Belə ki, ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanan, bəzi məktəblərdə pilot layihə şəklində istifadəyə veriləcək “Azərbaycan dili” və “Riyaziyyat” dərslikləri 2 hissədən ibarət olacaq.

Bu dərsliklərin I hissəsi birinci yarımil, II hissəsi isə ikinci yarımil üçün nəzərdə tutulub. Bu təcrübənin effektiv olub-olmayacağına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, nazirliyin bu “həll variantı” çox primitivdir və onun müsbət təsiri olmayacaq.

Təhsil ekspertinin bu problemin həllinə dair təklifləri ilə videodan tanış ola bilərsiniz:

Ayan Ağayeva

COP29