!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sağlamlıq arayışı ödənişsiz olacaq?

!Reklam – Yazi

“İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb. May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.

Bəs, sağlamlıq arayışının icbari sığortanın xidmətlər zərfinə daxil edilməsi gözlənilir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 13 may 2022-ci il tarixli Fərmanla TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir.

“18 yaşdan yuxarı vətəndaşların sağlamlıq haqqında arayışı ödənişlidir. Bu barədə yenilik olduqda ictimaiyyətə məlumat veriləcək” – deyə əlavə edilib.

Qeyd edək ki, sağlamlıq haqqında tibbi arayışın tarifi 40 manat təşkil edir.

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv