Oksford və Minnesorta universitetlərinin bir qrup alimi 15 müxtəlif qida qrupunun insan sağlamlığına və ətraf mühitə təsirini tədqiq edib.
Yenicag.az xəbər verir ki, britaniyalı və amerikalı mütəxəssislərin gəldiyi qənaətə görə, ət ətraf mühitə ən güclü mənfi təsir göstərən qida növüdür. Həmçinin insanlarda erkən ölüm riskini artırır.
Bundan əlavə taxıl, meyvə, tərəvəz, fındıq və zeytun yağı ən az riskli qida qrupuna daxil edilib. Bu məhsulların risk səviyyəsi 4 vahidə bərabər olub.
Balıq məhsulları risk indeksində 14 vahidlə ifadə olunub.
Sağlamlıq və ətraf mühit üçün ən yüksək riski qırmızı ət təşkil edir. Belə ki, emal olunmuş qırmızı ət indeksdə 37, emal olunmamış qırmızı ət 73 vahidə bərabər olub.