!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şahdağ” Milli Parkındakı yanğın məhdudlaşdırıldı - FOTO

!Reklam – Yazi

“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Yenicag.az-a FHN-dən bildirilib.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv