!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şahdəniz”dən Türkiyəyə qaz tədarükü müvəqqəti dayandırılacaq

!Reklam – Yazi

“Şahdəniz” qaz-kondensat yatağından Türkiyəyə qaz tədarükü bu ilin avqustunda dayandırılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti öz “Twitter” səhifəsində bildirib.

“Şahdəniz”-Türkiyə (Bakı-Tbilisi-Ərzurum) boru xəttində planlı təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözü giriş məntəqəsindən milli qazpaylayıcı şəbəkəyə qaz verilişi mümkün olmayacaq. Planlı təmir işləri zamanı milli qazpaylayıcı şəbəkənin tələb və təklif balansında problemlər gözlənilmir”, – məlumatda deyilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum boru xətti ilə 10.236 milyard kubmetr qaz nəql edilib.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv