!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova iranlı həmkarı ilə bu məsələləri müzakirə etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən xəbərə görə, İran parlamentinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Məhəmmədbaqer Qalibaf deyib ki, Azərbaycan İran üçün xüsusi əhəmiyyət kəsb edir və onlar ölkəmizlə münasibətlərə xüsusi əhəmiyyət verirlər. O, İranın yeni seçilmiş rəhbərliyinin siyasətində qonşu ölkələrlə münasibətlərdə heç bir dəyişikliyin olmadığını, parlamentlər səviyyəsində də əlaqələrin daha da genişləndirilməsi istiqamətində mövqeyin davam edəcəyini söyləyib.

Qeyd olunub ki, İran yaxşı qonşuluq, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsinin bütün regionda sülh və təhlükəsizliyə töhfə verəcəyinə inanır. Bildirilib ki, biz iqtisadi əməkdaşlıq, nəqliyyat, regional kommunikasiya imkanlarından geniş istifadə etməliyik. İran parlamentinin sədri “3+3” formatında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Sahibə Qafarova ölkələrimizin və xalqlarımızın ortaq tarixi, mədəni, dini dəyərləri bölüşdüklərini qeyd edərək, bu gün Azərbaycanla İran arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, ikitərəfli formatda əldə edilmiş razılaşmaların, həyata keçirilən birgə layihələrin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın təmin olunmasına böyük əhəmiyyət verir və ölkəmiz sülhpərvər siyasət həyata keçirir.

Görüşdə parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Spiker Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri ilə bundan öncəki görüşlərini xatırladaraq, bu görüşlər zamanı parlamentlərarası əlaqələrimizin mövcud vəziyyəti və bu əlaqələrin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğunu xatırladıb.

Görüşdə cari ilin noyabr ayında Bakıda COP-29 çərçivəsində keçiriləcək Parlament Konfransı ilə bağlı məsələlər də müzakirə edilib. Parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv