!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova Küveytin Azərbaycan Respublikasındakı səfirliyində olub

!Reklam – Yazi

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub. 

Bu barədə Yenicag.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, sədr Sahibə Qafarova Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Eyni zamanda Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv