!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova Naam Miyara ilə görüşdü

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 14-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildiriblər ki, görüşdə Naam Miyara ölkələrimiz arasında siyasi təmasların vacibliyini vurğulayıb. O, bu mənada qarşılıqlı səfərin əhəmiyyətini vurğulayıb, ölkəsinin Azərbaycanla bir çox sahələrdə əlaqələri gücləndirmək niyyətini ifadə edib.

Görüşdə ölkələrimiz arasında dini və mədəni köklərə bağlı əlaqələrin mövcud olduğu, xalqımızın oxşar dəyərləri bölüşdüyü bildirilib. Həmçinin Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyi, həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünə qarşılıqlı dəstək verdikləri qeyd olunub. Naam Miyara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq deyib ki, bu, Azərbaycanın mütləq haqqı idi.

O, həmçinin Müşavirlər Palatasının fəaliyyəti, onun beynəlxalq parlament təşkilatlarında təmsilçiliyi haqqında məlumat verib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın və Mərakeşin dost, tərəfdaş ölkələr olduğunu bildirib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Kasablankaya səfərinin və Mərakeş Kralı mərhum II Həsənlə görüşünün ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına mühüm təkan verdiyini diqqətə çatdırıb.

Görüşdə iqtisadi əlaqələrin ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu, bu sahədə əməkdaşlığı genişləndirmək üçün potensial imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı parlament diplomatiyasının vacibliyi, parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı ortaq mövqe ifadə edilərək, bu sahədə atıla biləcək addımlar nəzərdən keçirilib.

S.Qafarova postmünaqişə dövründə regionda mövcud olan vəziyyət barədə də məlumat verib.

Hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərini “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yenidən qurduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu işlərə ən böyük maneə Ermənistan tərəfindən ərazilərin minalanmasıdır.

Görüşdə, həmçinin Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib, tezliklə sülh sazişinin imzalanacağına dair inam ifadə edilib.

Müşavirlər Palatasının sədri, həmçinin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə məlumatlandırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv