!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova Nikolae Çuka ilə görüşdü

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, Nikolae Çuka bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycan ilə Rumıniya arasında dərin dostluq əlaqələrinin olduğunu qeyd edib, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını diqqətə çatdırıb.

Nikolae Çuka dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığını, parlamentarilərin, dostluq qruplarının təmaslarının önəmini vurğulayıb. Senatın sədri bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparmaq baxımından önəmini qeyd edib.

O, müxtəlif vəzifələrdə çalışarkən Azərbaycana səfər etdiyini bildirib və xoş təəssüratlarını bölüşüb.

Nikolae Çuka Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. O deyib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyəti nə qədər dəstəklədiyi göz qabağındadır.

Sahibə Qafarova öz növbəsində bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.

İki ölkənin qanunverici orqanları arasında da əməkdaşlıqdan danışan Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Rumıniyanın ikitərəfli və çoxtərəfli münasibətlərinə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Qarşılıqlı səfərlər bu əməkdaşlığın inkişafına təkan verir.

Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gün ərzində ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verib.

O, Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən ötən üç il ərzində Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar, ərazilərimizin minalanması, mina partlayışları nəticəsində çoxsaylı hərbçi və mülki şəxslərin həlak olması, Azərbaycan ərazisində separatizmin dəstəklənməsi və digər faktları diqqətə çatdırıb. S.Qafarova, həmçinin Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladıb.

Görüşdə Qarabağın erməniəsilli sakinlərinin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb.

Nikolae Çuka ölkəsinin Azərbaycanın hər zaman ərazi bütövlüyünü tanıdığını, sülh planını dəstəklədiyini bir daha bəyan edib, ərazilərin minalanmasının dəhşətli nəticələrə gətirib çıxardığını deyib, danışıqlar nəticəsində tezliklə sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv