!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarovanın çıxışı, erməni fəalın öz nümayəndələrini təhqir etməsi - VİDEO

!Reklam – Yazi

“Bu videoya baxarkən erməni nümayəndə heyətinin yerinə uzun sürən XƏCALƏT hissi yaşadım”.

Bu sözləri Teleqram kanalında bir erməni ictimai-siyasi fəal qadın yazıb (paylaşımın skrini aşağıda əlavə olunur). Daha sonra şərhçi qadın belə davam edir:

“Azərbaycan parlamentinin sədri Sahibə Qafarova sadəcə Ermənistanı və Artsaxı tapdaladı, əvəzində…

… Qurgen Arsenyanın məmnun sifəti, Alen Simonyanın sülhə dair təklifi. Daha sonra kimin sülhü daha əvvəl istədiyi barədə yarışma.
Daha doğrusu, Azərbaycan nümayəndəsinin Azərbaycan ərazisindəki “qanunsuz quldur dəstələrini” (O, Artsax Müdafiə Ordusunu belə adlandırır – erməni şərhçi mötərizə arasında bu cür yazıb) çıxarmaqdan və Dağlıq Qarabağ adlı ərazi vahidi olmamasından danışır, Alen isə sülhə hazır olmaqdan bəhs edir.

Alçaqlar, satqınlar və sadəcə şərəfsiz insanlar. Və bu axtalanmış qoyunlara görə Ermənistan haqqında mühakimə yürüdəcəklər”.

8d588d26-c7cc-4127-b89b-35b015196684.jpg (177 KB)

Göründüyü kimi, erməni fəalın yazdığı status kifayət qədər ağırsözlü, hətta təhqiramizdir və öz nümayəndələrinə ünvanlanıb.

Bunun qarşılığında bizim fəallar düşmən ölkənin nümayəndələrini rəzil duruma salmış, öz aralarında didişmələrinə səbəb olmuş xanım spikerə qarşı haqsızlıq etməməlidirlər.

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv