!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkar hesabından çıxarılan vəsaitə görə bankların KOMİSSİYA HAQLARI - SİYAHI

!Reklam – Yazi

Azərbaycanda VÖEN hesabını plastik karta bağlayan sahibkarların sayı artmaqdadır. Bu kartlarla əməliyyatlar sırasında bankomatdan nağd vəsaitlərin çıxarılması da var.

Yenicag.az xəbər verir ki, ölkə qanunvericiliyi VÖEN hesabından nağd vəsaitlərin çıxarılmasına görə nağdlaşdırma vergisi tətbiq edir. Vergi əməliyyatın 1%-i həcmində tutulur.

Bundan başqa, banklar özü də nağdlaşdırmaya görə. kart sahiblərindən komissiya haqları tuturlar. Nəticədə nağdlaşdırma əməliyyatları zamanı tutulan komissiya və vergi ciddi məbləğə çevrilir.

VÖEN hesabı olanların marağını nəzərə alaraq FED.az VÖEN hesabına bağlı kart və cari hesabdan nağdlaşdırma zamanı nə qədər komissiya haqqı tutulduğunu öyrənib.

Eləcə də bax: VÖEN-i onlayn qaydada necə bağlamaq olar? – NAZİRLİKDƏN AÇIQLAMA

Maraqlıdır ki, banklar nağdlaşdırma əməliyyatından tutulan komissiya haqqına minimum limit qoysalar da, maksimum limit tətbiq etməyiblər. Nəticədə nağdlaşdırılan vəsaitin həcmi artdıqca, tutulan komissiya haqqı da istəniən qədər arta bilər. Eyni qayda bankın özündə aparılan nağdlaşdırma əməliyyatlarına da aiddir. FED.az bu vəziyyəti bankların sahibkarlara qarşı haqsız münasibəti kimi qiymətləndirir.
Təqdim edilən siyahıda ölkədə fəaliyyət göstərən 30 bankdan 26-ı yer alıb.

İstisnalara gəlincə, qeyd edək ki, «Xalq Bank»da ancaq korporativ hesab açanda kart sifariş etmək olar. Bu zaman kart ilə ancaq qeyri-nağd əməliyyatlar aparmaq mümkündür.

Bundan başqa «Naxçıvanbank» və «Bank VTB Azərbaycan»da VÖEN hesabına bağlı kartlarla nağd əməliyyat etmək olmur.

«Pakistan Milli Bankının Bakı filialı»nda isə VÖEN hesabına bağlı kart ümumiyyətlə verilmir. VÖEN-ə bağlı cari hesabdan pulu yalnız kassadan nağdlaşdırmaq mümkündür. Bu zaman isə 1% vergi tutulur. «Bank Melli İran»nın Bakı filialında da VÖEN-ə bağlı kart verilmir. Kassadan nağdlaşdırma zamanı isə 1-2% arası komissiya tutulur.

www.yenicag.az

1142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv