!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkar olmaq istəyən qadınların DİQQƏTİNƏ

!Reklam – Yazi

İnsan Hüququları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda qadın sahibkarlığının inkişafına təşəbbüs” adlı maarifləndirmə tədbirlərinə başlayır.

Yenicag.az xəbər verir ki, 3 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin əsas məqsədi regionlarda yaşayan qadınların liderlik bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti sahəsində maarifləndirilməsi yolu ilə onların regionların sosial-iqtisadi həyatında rollarının artırılmasına köməklik etməkdir.

Layihə rəhbəri Səidə Qocamanlının veridyi bilgiyə görə, 3 ay ərzində 1 günlük seminar olmaqla 2 seminar trening keçiriləcək, qadınlara öz imkanlaını təqdim etmək, dinləmək, ictimai çıxışlar etmək, media ilə işləmək bacarığı öyrədiləcək: “İqtisadi fəaliyyətin ideya mərhələsindən, qeydiyyatından, marketinq məsələlərinə qədər olan bütün mərhələləri üzrə qadınlara təlimlər keçiləcək. O sıradan şirkətlərin fəaliyyət planlarının hazırlaması, sahibkarlıq subyektlərinin mühasibat uçotunun aparılması, vergi orqanları ilə iş, planlaşdırma istiqamətləri üzrə vacib bilgilər veriləcək. Əsas məqsədimiz odur ki, bu layihə ilə 50 qadına sahibkarlıq fəaliyyətinə başlaması üçün bütün gərəkli addımlar öyrədilsin”.

Layihə rəhbərinin fikrincə, belə layihələr məşğulluğun genişləndirilməsi, işsizliyin azadlılması ilə yanaşı ailələrin sosial rifahının yüksəlməsi, məişətdəki aqressiv münasibətlərin azalmasına da yardımçı olur.

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv