!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarlar üçün “tilsimlənmiş” GÜZƏŞTLİ KREDİTLƏR: “Bu sahəyə külli miqdarda vəsait ayrılsa da...”

!Reklam – Yazi

“200 min manatlıq texnoloji sistemin quraşdırılması üçün 40 min manat məbləğində ilkin ödəniş edilməsi tələb edilir”.

Bu fikirləri ərzaqlıq buğda əkən fermerlərə verilməsi nəzərdə tutulan güzəştli kreditlərin mümkün səmərəliliyini dəyərləndirən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ərzaq məhsullarının əksəriyyəti ölkəyə xaricdən idxal edilidiyi üçün bu seqmentdəki digər istehsalçılara güzəştli kreditlərin verilməsi təmin edilməlidir:

“Biz uzun illərdir ki, bu təkliflə çıxış edirdik. Çünki aqrar sahədə əsas problemlərdən biri suvarma ilə bağlıdır. Bu səbəbdən, belə bir qərarın verilməsini müsbət qiymətləndiormək olardı. Amma bu qərar da natamam və qeyri-effektivdir.

Əvvəla, bu sahəyə dövlət zəmanətinin 30-60 faiz aralığında olması çox aşağı göstəricidir. Bəs etdiyimiz sahəyə dövlət tərəfindən tam zəmanət verilməsi zəruridir.

İkincisi, bankların öz vəsaitləri hesabına kredit vermələrinin müsbət nəticəsi olmayacaq. Bu o deməkdir ki, bank həmin krediti ürəyi istədiyi sahibkara verəcək, istəmədiyinə yox. Eyni zamanda, bu çərçivədə istənilən faiz və şərtlər tətbiq ediləcək.

Həmçinin ilkin ödənişin 20 faiz təşkil etməsi bir çox kiçik fermerlərə problem yaradacaq. Tutaq ki, 200 min manatlıq texnoloji sistemin quraşdırılması üçün 40 min manat məbləğində ilkin ödəniş edilməsi tələb edilir. Sahibkarların mütləq əksəriyyətin buna imkanı çatmayacaq.

Qeyd olunan nüanslar onu göstərir ki, bu, formal şəkildə qəbul edilmiş bir qərardır və gözlənilən effekti verməyəcək. Lakin dövlət həqiqətən, aqrar sektorda irəliləyişin olmasını istəyirsə, həmin vəsaitlər sahibkarlara dövlət tərəfindən və sərfəli şərtlərlə verilməlidir. Əks halda, heç nə dəyişməyəcək.

Çünki kiçik sahibkarların mənafeyi mütləq qorunmalıdır. İri və orta sahibkarların onsuz da az-çox maliyyə maliyyə imkanları var. Digər tərəfdən, təkcə ərzaqlıq buğda əkinləri üçün bunu tətbiq eləmək doğru deyil. Bu gün digər zəruri ərzaq məhsulları idxaldan asılı vəziyyətdədir.

Ona görə də bu seqmentdəki digər istehsalçılara da güzəştli kreditlərin verilməsi təmin edilməlidi. Hər il bu sahəyə külli miqdarda vəsait ayrılsa da, onların səmərəsi yoxdur. Qeyd etdiyim kimi, ölkədə aqrar sahənin inkişfı üçün kiçik sahibkarlığa dəstək verilməli və vətəndaşlar dövlət dəstəyindən yetərincə faydalanmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv