!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarlara göstərilən xidmətlərin sayı açıqlandı

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 50 673 xidmət göstərilib. Bu xidmətlərin 18 522-si “Xaçmaz KOB evi”, 32 151-i isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib.

Yenicag.az xəbər verir ki, göstərilən xidmətlərin 48 425-i dövlət-biznes (“G2B”), 2 248-i isə biznes-biznes (“B2B”) xidmətləridir.

KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.

Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.

Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir.

KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv