“Vergilər xidmətinin cərimələri büdcəyə çox vəsait cəlb edərək, siyasi mövqeləri, ambissiyaları möhkəmləndirmək üçündür”.
Bu fikri son dönəmlər Dövlət Vergi Xidmətinin yersiz yoxlamalarına və cərimələrə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.
Tural Abbaslı bildirib ki, son zamanlar ənənəvi cərimələrlə yanaşı karantin qaydalarına görə cərimələnmələr də xeyli sayda artıb:
“Vergi Xidməti də yoxlama mexanizminin tərkib hissəsidir. Vergi Xidməti 40-a yaxın zavodda aidiyyatı olmayan sahələr üzrə yoxlamalar aparır. Müxtəlif adlarda cərimlər toplanılır. Məqsəd nəsə tapıb cərimələmək, sahibkardan büdcəyə nəsə qazandırmaqdır. İstənilən kiçik həcmli cərimələr biznes sturukturlarına və əhaliyə böyük zərbə vurur.
Düşünürəm ki, bu qısa müddətdə Xidmətin gəlirlərinin artımını təmin edərək, sisyasi mövqelərini möhkəmləndirmək üçündür. Uzan müddətdə isə bu cür yoxlamalar və cərimələr həmin şirkətlərin batmasına, fəaliyyətini dayandırmasına səbəb olacaq addımlardır. Dövlət qurumlarının fəaliyyəti tək onların dövlət büdcəsinə ödədiyi vəsaitlə ölçülməməlidir. Vergi xidməti bir müddət işini düzgün qurmuşdu. Ancaq son zamanlar əsassız yoxlamalar artıb. Nəticədə sahibkalıq, orta biznes çökür.
Nəzərə alsaq ki, iqtisadi baxımdan ağır vəziyyətdə olan bir təbəqə var idi, pandemiya həmin təbəqənin belini qırıb. Pandemiyadan əziyyət çəkən şirkətlərə, sahibkarlara dəstək olmaq, vergi güzəştləri etmək, yeni kreditlərin müəyyən olması üçün layihələr vermək əvəzinə, bir təhər ayaq üstə qalan müəssələri batırmaq yolu seçilib”.
www.yenicag.az