!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarların məhrum edildiyi VERGİ GÜZƏŞTİ: “Bəzi şirkətlər özlərini mikrosahibkar adlandırsa da...

!Reklam – Yazi

 

“Bizim komitədə də bu dəyişikliklərlə bağlı müəyyən narahatlıq vardı və o barədə mövqeyimizi bildirmişik”.

Bu fikirləri Vergi Məcəlləsinə edilən son dəyişikliklərin kiçik sahibkarlar arasında ciddi narazılıq doğurmasına münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, haqqında danışılan dəyişikliklər mikrosahibkarlara təsirsiz ötüşməyəcək:

“Vergi Məcəlləsinə bu dəyişiklik edilməzdən öncə Milli Məclisdə ciddi müzakirələr aparıldı. Bizim komitədə də bu dəyişikliklərlə bağlı müəyyən narahatlıq vardı və o barədə mövqeyimizi bildirmişik. Müəyyən təkliflər də olundu ki, bu dəyişiklik dövriyyəsi yüz min manata qədər sahibkarlara şamil edilməsin.

Mən bu məsələdə vergi orqanlarını da günahlandırmıram. Ona görə ki, bəzi şirkətlər faktik olaraq, özlərini mikrosahibkar adlandıraraq vergi güzəştlərindən yararlansalar da, onlar reallıqda böyük işlər görürlər və çox geniş dövriyyəyə malikdirlər. Əlbəttə, bu dəyişikliklər mikrosahibkarlara müəyyən qədər təsir göstərəcək. Lakin biz işin gedişatına baxıb sonra vəziyyətə uyğun qaydada öz fikrimizi bilirəcəyik”.

İsmayıl Bakuvi

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv