!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibkarlıq yoxlamalarına qoyulan məhdudiyyət: "Qurumların sui-istifadə halları sıradan çıxıb" - ŞƏRH

!Reklam – Yazi

Bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib. Qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Milli Məclisin bu gün keçirilən plenar iclasında sözügedən qanun layihəısi qəbul edilib.

Sahibkarlıq yoxlamalarının dayandırılmasının mümkün təsirlərinə toxunan beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında qeyd edib ki, məlum qərar sahibkarların haqsız yerə incidilməsinin qarşısını almaqla yanaşı, bu sahəyə olan marağı da artırıb:

“2015-ci ildə Azərbaycan manatının dollara nisbətdə dəyər itirməsi fonunda milli iqtisadiyyatda ciddi kataklizmlər baş verdi. Ölkəmiz bir çox sahəyə məxsus məhsulları idxal etdiyi üçün müəyyən problemlərlə üzləşmişdi. Bu fonda vəziyyətin stabilləşdirilməsi üçün sahibkarlıq yoxlamaları üç illik dayandırılmışdı. Daha sonra isə bir il müddətinə kimi uzadılmışdı. Bu addım sahibkarlara müəyyən mənada təsirsiz ötüşmədi. Əvvəllər bir sıra qurumlar aidiyyatı olub-olmamasından asılı olmayaraq müəssisələrin üzərinə gedirdilər və sui-istifadə hallarına yol verirdilər. Məlum qanun qüvvəyə mindikdən sonra sahibkarların incidilməsi dayandı. Vergi yoxlamaları xaric digər yoxlamalar sıradan çıxdı. Yeganə yoxlamalar qida təhlükəsizliyi və qida məhsulları istehsal edən müəssisələrdə qaldı. Bu isə strateji əhəmiyyətli olduğu üçün başadüşüləndir.

Artıq 6 ildən çoxdur ki, sahibkarlıq yoxlamaları məhdudlaşdırılıb və sahibkarlar sui-istifadə halları ilə üzləşmirlər. Fikrimcə, mövcud qanun sahibkarların şikayətlərinin azalmasına da yol açıb. Sahibkar konkret olaraq öz fəaliyyəti ilə məşğuldur və bu, müsbət haldır”.

Gülşən Şərif

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv