!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibsiz itlərin AQİBƏTİ: "Aidiyyəti qurumlar hara baxır?" - SƏRT ETİRAZ

!Reklam – Yazi

Son dövrlərdə sosial şəbəkələrdə paylaşılan şikayətlərdən biri də heyvan qətlləridir. Belə ki, küçədə, restoranlarda, parklarda və s. ərazilərdə sahibsiz küçə itləri ya zəhərlənərək, ya da güllələnərək öldürülür.

Bəs bunun qarşısını necə almaq olar? Sahibsiz heyvanları zərər vermədən necə azaltmaq və ya küçələrdən “yığışdırmaq” olar?

Məsələ ilə bağlı Yenicag.az- a açıqlama verən Azərbaycan Heyvanlarının Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov bildirib ki, güllələmək heç vaxt çıxış yolu ola bilməz:

“Birbaşa qanun pozuntusudur. Azərbaycan Respublikası 2007-ci ildən Avropa Konvensiyasına qoşulub. Və öz üzərinə ev heyvanlarının müdafiəsi öhdəliyini götürüb. Əfsuslar olsun ki, bununla bağlı bir qanunvericilik qəbul olunmayıb. Çox böyük boşluqdur. Amma İnzibati Xətalar məcəlləsinin 274-cü maddəsinə əsasən hər hansısa heyvana rəhmsiz rəftar edildikdə 500 manat cərimə ödənilməlidir. Ona görə də heyvan güllələyən şəxslər cərimə olunmalıdır. Güllələnən it sayı qədər həmin şəxs cərimə ödəməlidir.

Sumqayıtda da dəfələrlə güllələnmə hadisəsi baş verib. Amma araşdırılmır. Kimlər ki, heyvanlara qəddar davranır, onlara cərimə tətbiq edilsə, bu problemlərin sayı azalar. Necə olur ki, itlər silahla öldürülür, lakin DİN heç bir reaksiya vermir?”.

O, həmçinin qeyd edib ki, küçə heyvanlarının sayını azaltmaq üçün bir sıra yollar var:

“Qısırlaşdırma olduqda sahibsiz itlərin nəsli onsuzda tükənəcək. Amma humanist yollarla bunu etmək lazımdır. Bu barədə dövlət proqramı tətbiq edilməlidir. Necə ki, Türkiyə və Avropada artıq bu proses gerçəkləşdirilib. Onlarda aqressiv it deməl olar ki, yoxdur. Çünki hamısına vaksinlər vurulub və qısırlaşdırılıb.

Bəs qanunvericilik niyə vacibdir? Baxın, kimsə it saxlayır. Sonra həvəsi ölür, iti küçəyə atır. Ancaq qanunla bu proses tənzimlənsə, heç kəs küçəyə atmaz. Şəxsən mən başa düşmürəm ki, dövlətimiz niyə bu məsələyə ciddi yanaşmır? Sosial şəbəkələrdə dəfələrlə paylaşılır.

Biz heç bilmirik ki, bizdə nə qədər sahibsiz it var. Ona görə ki, bizdə müvafiq qurumlar, başda da Ekologiya Nazirliyi olmaqla statistika yaratmayıb. Bəlkə heç itlərin sayı çox deyil? Həmçinin qida tullantılarının, zibilliklərin də bu problemdə mühüm rolu var. Restoranların və binaların qabağında dolub-daşan zibil tullantıları var. İtlər də acdırlar, həmin o zibillikdən gələn qoxuya doğru gedirlər”.

Şahanə Paşa

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv