!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlandı - YENİLƏNDİ

!Reklam – Yazi

Dövlət ittihamçısı Müqəddəs Sultanov Vaqif Xaçatryana suallar ünvanlayıb.

Xaçatryan bildirib ki, İkinci Qarabağ müharibəsində Badara kəndinin 220 sakini ərazini tərk edib.

Yenicag.az bildirir ki, bundan sonra məhkəmənin bugünkü iclası işini yekunlaşdırıb.

Növbəti məhkəmə iclası noyabrın 1-nə təyin edilib.

***

12:28

“Vaqif Xaçatryan Meşəli kəndinə hücumda iştirak edib. Həmin zaman Vaqif ailəli idi”.

Yenicag.az-ın məlumatına əsasən, bunu Vaqif Xaçatryanın cinayət işi üzrə zərərçəkmiş Firuzə Mehralıyeva ifadəsində bildirib.

Qeyd edək ki, Firuzə Mehralıyevanın ifadəsini məhkəməyə sədrlik edən Zeynal Ağayev oxuyub.

Firuzə Mehralıyeva üzrlü səbəbdən məhkəmədə iştirak etməyib.

***

12:04

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Yenicag.az-ın məlumatına əsasən, məhkəmədə zərərçəkmiş şəxslərdən Elnarə Çərkəz qızı Mehralıyevanın ifadəsi oxunub.

Buna səbəb Elnarə Mehralıyevanın məhkəmədə üzrlü səbəblərdən iştirak etməməsidir.

Elnarə Mehralıyeva ifadəsində bildirib:

“Mən doğulandan Meşəli işğal olunana qədər orada yaşamışam. Mənim 1991-ci ildə 10 yaşım var idi. Çox şeyi xatırlayıram. Ermənilər Meşəli kəndinə tez-tez silahlı hücumlar edirdilər. Eşitdiyimə və gördüyümə əsasən deyə bilərəm ki, Meşəli kəndinin müdafiəsinə Milli Ordudan 10 nəfər ayrılmışdı.

1991-ci ilin 23 dekabrında nənəm bizi yuxudan oyatdı. Dedilər ki, ermənilər hücuma keçiblər. Ermənilər hər tərəfdən evləri atəşə tuturdular. Evdən çıxmaq çətin idi. Ermənilərin hücumunun qarşısının alınması çətinləşirdi. Biz evdən çıxıb qaçmaq istəyəndə mən əlimdən və ayağımdan yaralandım. Bibim isə kürəyindən güllələndi. Bibim uzanıb qalmışdı, ermənilər oraya yandırıcı maddə atmışdılar. Bibimin saçı yanırdı. Onu güc-bəla ilə içəri saldıq. Amma atəş dayanmırdı. Mən birtəhər çıxıb qaça bildim. Qaçan zaman məni bir erməni gördü, amma mənə atəş açmadı. Kənd camaatı onu tanıyırdı. Amma mən tanımırdım. Qaçan zaman bizimlə birlikdə olan kənd sakinlərinin bir neçəsini ermənilər vurub öldürdülər. Bir neçəsi də yaralandı. Biz qaçıb Qarqarçayı keçəndə buz sındı. Ayağım buz kimi suya düşdü. Bir xeyli gedəndən sonra atam Çərkəz məni tapdı. Məni belinə alıb apardı. Səhəri gün isə bibim Elmiranı Ağdamda xəstəxanaya gətirdilər”.

Qeyd edək ki, göstərilən ifadə 2007-ci ilin 19 noyabrında alınıb.

***

11:16

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.

Yenicag.az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

 

***

09:30

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bugünkü məhkəmə prosesində zərərçəkən və zərərçəkənlərin hüquqi varislərinin dindirilməsi davam edəcək.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv