!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahil Babayev 33 minə sayt hazırlayır

!Reklam – Yazi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi beynəlxalq standartlara uyğun rəsmi internet səhifəsinin (sosial.gov.az) yeni dizaynda yaradılması işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Yenicag.az REPORTYOR.info-ya istinadən xəbər verir ki, qalib şirkət “Safaroff Ca” MMC-dir. Nazirliklə şirkət arasında imzalan müqavilənin maliyyə dəyəri 33 000 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Safarof Ca” MMC-nin 3 mart 2014-cü il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakışəhəri Nəsimi rayonu, M.Qasımov küçəsi, ev 10, mənzil 29-da yerləşir. MMC-nin qanuni təmsilçisi Xalikov Aqşin Yaşar oğludur.

“Safaroff Ca” MMC rəqəmsal agentlikdir. “MilliÖn”, “AsanPay” və Hökumət Ödəniş Portalını “Safaroff Ca” MMC hazırlayıb.

Bu barədə şirkətin rəsmi internet səhifəsində qeyd edilib. Eyni zamanda bəlli olur ki, Aqşin Xalikov həm də şirkətin təsiçisidir. Lakin MMC-nin başqa təsisçisi də var: Çingiz Səfərov. O həm də şirkətin kreativ direktorudur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan qurumların keçirdiyi tenderlərə həmişə tənqidi yanaşılıb. Media istər qurumun müqavilə imzaldığı şirkətlər, istərsə də məbləğlərə şübhə ilə yanaşıb.

İnternet mediada araşdırma apararkən bu barədə kifayət qədər materiallarla tanış olmaq mümkündür.

www.yenicag.az

1461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv