!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahil Babayevin 90 min təqaüdçünü, 7 min əlili “vuran” QƏRARI: “Bu cür ucdantutma qərarın verilməsi...” - Qubad İbadoğlu

!Reklam – Yazi

“Əlillik dərəcəsinin ləğvini ciddi araşdıran və bu qərarı verən dövlət orqanlarının nümayəndələri cəzalandırılmalıdır”.

Azərbaycanda illik maliyyə yükü 35 milyon manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib. Bununla yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əvvəlki illərdə ümumilikdə 17 mindən çox saxta əlillik dərəcəsinin ləğv edildiyini açıqlayıb. Lakin bu qərar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Belə ki, əlillik dərəcəsi ləğv edilən əksər şəxslər bunun haqsızlıq olduğunu bildirirlər.

İqtisadçı Qubad İbadoğlu mövcud vəziyyətlə bağlı Yenicag.az-a açıqlamasında bildirib ki, saxta əlillik dərəcəsi ilə yanaşı, pensiyaların da ləğv edilməsi müşahidə olunur:

“Ölkədə 90 min nəfərin pensiyası ləğv edilib. Göründüyü kimi, əlillik dərəcəsi və ya pensiya ilə dolanan böyük qisim bu imkandan məhrum olub. Ləğv olunan təyinatların heç də hamısının düzgün olduğunu iddia etmirəm. Təbii ki, aralarında rüşvətlə əlillik dərəcəsi alanlar olub. Nəticədə dövlət vəsaitindən sui-istifadə halları yaranıb.

Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Əlillik dərəcəsinin ləğvini ciddi araşdıran və bu qərarI verən dövlət orqanlarının nümayəndələri cəzalandırılmalıdır. Yəni bunun məsuliyyəti onların üzərindədir. Eyni zamanda, bu cür ucdantutma qərarın verilməsi də doğru deyil.

Məsələ bundadır ki, əlillik dərəcəsinin şərtləri sərtləşdirilib. Lakin sərtləşmə ondan əvvəlki dövrə tətbiq oluna bilməz. Bu baxımdan, məlum yanaşmanın ciddi suallar doğuracağını və narazılıq yaradacağını düşünürəm”.

Əlillik dərəcəsi ilə bağlı nöqsanlara yol verən qurumlara qarşı ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edən Qubad İbadoğlunun fikrincə, nəzarət güclənmədiyi təqdirdə, məlum problemlər öz həllini tapmayacaq:

“Əlillik dərəcəsinin ləğvi və sərtləşdirilməsi onu göstərir ki, dövlət sosial-müdafiə siyasətində vəsaitlərin istifadəsinin məhdudlaşdırılmasına üstünlük verir. Aşağı əlillik dərəcəsi verməyə çalışırlar. Bununla yanaşı, digər tələblərin sərtləşdirilməsi, pensiya yaşının qaldırılması və pensiyaya çıxanların sayının azaldılması nəzərdə tutulur.

Bu, dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin istifadəsini azaldır. Lakin bu addım rüşvətxorluq hallarının aradan qaldırılmasına əsas vermir. Rüşvətxorluğun aradan qaldırılmasının başlıca yolu şəffaflığın təmin edilməsi və məmurlardan hesabatların tələb olunmasıdır”.

Gülşən Şərif

www.yenicag.az

1647
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv