!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahildə QƏTL: Müğənni istədiyi mahnını ifa etmədiyi üçün bıçaqlayıb öldürdü - FOTO

!Reklam – Yazi

İstanbulun Kadıköy bölgəsində mahnı üstündə müğənni öldürülüb.

Yenicag.az Türkiyə KİV-nə istinadən bildirir ki, 30 yaşlı Cihan Aymaz yanındakı musiqi aləti ilə səhnədə ifa edən zaman sərxoş olduğu iddia edilən Mehmet Caymaz ondan türk xalq mahnısı çalmasını istəyib.

Aymaz mənfi cavab verdiyi üçün onlar arasında mübahisə yaranıb.

Mübahisə qısa zamanda davaya çevrilib. Mehmet Caymaz əlindəki bıçaqla Cihan Aymazın sinəsindən xəsarət yetirib. Aymaz aldığı zərbənin təsirindən dənizə düşüb. Daha sonra şübhəli Mehmet Caymaz da dənizə tullanıb.

Hadisə yerinə səhiyyə, sahil təhlükəsizlik və polis əməkdaşları sövq edilib. Dənizdən çıxarılan yaralı Cihan Aymaza ilkin müdaxilə ətrafdakı vətəndaşlar tərəfindən edilib. Aymaz təcili yardımla xəstəxanaya aparılıb.

Mehmet Caymaz sahil mühafizə gəmisinə aparıldıqdan və əlləri qandallandıqdan sonra saxlanılıb. Cihan Aymazı aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

www.yenicag.az

204
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv