!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şahmat üzrə Azərbaycan çempionatında Durarbəyli yenidən lider oldu

!Reklam – Yazi

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında IV turun görüşləri keçirilib.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, hesabat turunda mərkəzi qarşılaşma Vasif Durarbəyli ilə turnirin reytinq favoriti Nicat Abasov arasında olub. Çempionatın lideri olan Durarbəyli ardıcıl dördüncü qələbəni qazanmaqla birinci pilləni qoruyub.

Şiroğlan Talıbov ağ fiqurlarla Xəzər Babazadəni, Vüqar Əsədli “qara”larla Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib.

Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. İsmayıl Qurbanov isə Murad İbrahimliyə təslim olmaqla turu xalsız başa vurub.

Bu tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi ilə əlamətdar olub. Ardıcıl üç məğlubiyyətdən sonra 12 yaşlı şahmatçı Şahin Vəliyevlə xalları yarı bölüb.

Digər oyunlara gəlincə, Eltac Səfərli və Aydın Süleymanlı, Abdulla Qədimbəyli və Vüqar Manafov, Fərid Mustafayev və Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv