!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şahmat üzrə “Vüqar Həşimov Memorialı – 2023” superturniri başladı

!Reklam – Yazi

Qəbələdə şahmat üzrə “Vüqar Həşimov Memorialı – 2023” superturnirinə start verilib.

Yenicag.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən yarışda rapid üzrə ilk 3 turun partiyaları oynanılıb.

İlk turda Rauf Məmmədov Aydın Süleymanlıya qalib gəlib. Digər görüşlər heç-heçə başa çatıb. Boris Gelfand Arjun Eriqaisilə, Şəhriyar Məmmədyarov Riçard Rapportla, Nicat Abasov Yorden Van Forestlə, Vidit Santoş isə Teymur Rəcəbovla heç-heçəyə razılaşıb.

İkinci turda Nicat Abasov rumın Riçard Rapporta, Şəhriyar Məmmədyarov isə Boris Gelfanda qalib gəlib. Arjun Eriqaisi-Rauf Məmmədov, Teymur Rəcəbov-Aydın Süleymanlı, Yorden Van Forest-Vidit Santoş görüşləri heç-heçə ilə başa çatıb.

Üçüncü turda Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Nicat Abasov Boris Gelfanda, Vidit Santoş Riçard Rapporta, Aydın Süleymanlı Yorden Van Forestə qalib gəlib. Şəhriyar Məmmədyarov Arjun Eriqaisəyə uduzub.

Beləliklə, 3 turdan sonra 5 xalı olan Nicat Abasov yarış cədvəlində liderliyə yüksəlib.

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv