!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şahmatçılarımız Ermənistanı mat etdi

!Reklam – Yazi

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Ermənistan – Azərbaycan – 1,5:2,5

Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0:1

Qabriel Sargissyan – Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan – Arkadi Naydiç – 1:0

Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.

www.yenicag.az

2003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv