!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahzadə Harridən ETİRAF: "25 nəfəri öldürdüm"

!Reklam – Yazi

Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda hərbi xidmətdə olarkən 25 nəfəri öldürdüyünü bildirib.

Yenicag.az “Skay Nyus” kanalına istinadən xəbər verir ki, o, “Taliban” terror qruplaşmasının 25 iştirakçısını zərərsizləşdirdiyini etiraf edib.

“Mən dəqiq deyə bilərəm ki, düşmənin neçə döyüşçüsünü öldürmüşəm. 25 nəfəri öldürdüyümü dəqiq bilirəm”, – Şahzadə bildirib.

O, bundan məmnun olmasa da, utanmadığını qeyd edib.

Qeyd edək ki, şahzadə Harri 2005-ci ildən 2015-ci ilə qədər orduda xidmət edib və mayor rütbəsi ilə ehtiyata çıxıb. Harri 2008 və 2012-ci ildə Əfqanıstan ərazisində döyüş əməliyyatlarında iştirak edib.

Şahzadə Harrinin “Spare” (“Ehtiyat”) adlı xatirə kitabının yanvarın 10-da işıq üzü görəcəyi gözlənilir.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv