!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sakinlərin su və kanalizasiya PROBLEMİ: "Akkord" çox vecsiz bir şirkətdir" - ŞİKAYƏT

!Reklam – Yazi

“Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər səhər və axşam cəmi 5-6 saat sudan istifadə edə bilirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Akkord” şirkətinin inşa etdiyi binada yaşayan sakinlərin susuzluqdan əziyyət çəkməsinə toxunan jurnalist Nübar Lətifli deyib.

O, dəfələrlə şikayət olunsa da, şirkətin buna laqeyd münasibət göstərdiyini bildirib:

“Xırdalan ərazisində yerləşən Abşeron Gənclər Şəhərciyi tikiləndən bəri su problemi yaşayır. Sakinlərə isə problemin “Azərsu” ASC-də olduğu bildirilir. Bununla bağlı “Azərsu” lazımi açıqlamanı verməklə məsələyə aydınlıq gətirib.

İsti yay havasında və qışın soyuğunda Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər səhər və axşam cəmi 5-6 saat sudan istifadə edə bilirlər. Əgər sakinin çəni yoxdursa, bu halda axşama qədər susuz qalmalıdır. Rayonlarda belə həyətlərdə çənlərin ləğv edilib 24 saatlıq sayğaclı su sisteminin yarandığı bir ölkənin paytaxtındakı bir qəsəbəlik şəhər sakininin evində çən düzəltdirməyə və çəndən istifadə etməyə məcbur qalması kimin günahıdır? İllər göstərir ki, “Akkord” MTK çox vecsiz və vətəndaşı düşünməyən bir şirkətdir. Görəsən, kimə və ya nəyə arxayındılar?!

Sakinlərin bir çoxunun çıxarış aldığı və demək olar ki, şirkətin 90%-dən çox mənzili satmasına baxmayaraq, evlərdə su sayğacının olmaması arzuolunan deyil. MTK-nın tikdirdiyi şəhərcikdə kanalizasiya problemi isə daha da dəhşətlidir. Dəfələrlə ictimailəşdirilməsinə və müraciətlər edilməsinə baxmayaraq, problemin həllinə çalışan yoxdur”.

Gülşən Şərif

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv