!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şakir Yaqubov vəfat etdi

!Reklam – Yazi

Azərbaycanın əməkdar mədəniyyət işçisi, jurnalist Şakir Yaqubov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.

Şakir Yaqubov 1951-ci ildə Astaranın Bala Şahağac kəndində anadan olub. 1974-2000-ci illərdə “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər” və “AFFA news”, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb.

Jurnalist Ali Media mükafatı, “Qızıl qələm” və Həsənbəy Zərdabi mükafatları laureatı, Azərbaycan Respublikasının fəxri auditoru (2011) adlarına layiq görülüb.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv