!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyan Rayon Mərkəzi Xəstəxanasında peşə bayramı qeyd edildi

!Reklam – Yazi

Salyan Rayon Mərkəzi Xəstəxanasında “17 İyun Tibb İşçilərinin Peşə Bayramı” günü münasibəti ilə tədbir keçirildi.

Tədbirdən öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yeni istifadəyə verilmiş ASM-nin pediatriya bölümü, Pediatriya şöbəsi və Təcili Tibbi Yardım stansiyası bölməsini gəzərək yeni avadanlıqlarla yaxından tanış oldu, şöbələrin ilk iş günündə kollektivə ugurlar arzuladı.

Daha sonra toplantı zalında tədbir davam etdirildi. Salyan Rayon İcra Hakimiyyətinin başçısı tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verməsini, hazırda ölkəmizdə ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, respublikada tibbin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini vurğulayaraq, bütün bu uğurların əldə olunmasında ölkəmizin artan iqtisadi imkanlarının və bu imkanlardan səhiyyənin maddi-texniki bazasının tam yenilənməsi istiqamətində ölkə başçımız cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.

Tədbirdə bir qrup tibb işçisi işlərində fərqləndiklərinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldılar./medianews/

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv