!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyan Rayon Mərkəzi Xəstəxanasında şagirdlərə təlim keçirildi - FOTO

!Reklam – Yazi

Salyan Rayon Mərkəzi Xəstəxanasında Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində “Salyan rayon məktəbliləri üçün ilkin təcili tibbi yardım bacarıqları” mövzusunda təlim günü keçirilib.

Yenicag.az xəbər verir ki, təlimdə arterial təzyiqin ölçülməsi, qlükometriyanın aparılması, sınıq travmaları zamanı ilkin yardım, tənəffüs yolunda yad cisimlər zamanı ilkin yardım, ürəyin qapalı masajı və süni tənəffüs, qanaxmalarda ilkin yardım, infeksiyalara qarşı profilaktik tədbirlər mövzusunda məktəblilər ilkin yardımla tanış olublar.

Belə ki, təlim iştirakçılarına aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar verilib. Eyni zamanda mütəxəssislər maneken-mulyaj üzərində təlim müddətində qazandığı bilikləri nümayiş etdiriblər.

Qeyd edək ki, təlimdə iştirak edən şagirdlər sonda xatirə sertifikatları ilə təltif edilib.

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv