!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda avtomobildən yıxılan qadın öldü

!Reklam – Yazi

Salyanda avtomobildən yıxılan qadının başı dəmir-betona çırpılıb, hadisə yerində ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Plastmass yaşayış massivinin sakini, 1959-cu il təvəllüdlü Bağırova Fatma Qəhrəman qızı sərnişini olduğu mikroavtobusla gələrkən qəfil astması tutub. Sürücü qadının nəfəs alması üçün qapını açıb, bu zaman qadın çantasından astma xəstəliyinə qarşı dərmanı çıxarmaq istəyərkən avtomobildən yerə yıxılıb və yuvarlanaraq başı dəmir-betona çırpılıb.

Hadisə nəticəsində F.Bağırova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./APA

www.yenicag.az

250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv