!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyanda partlayış - Xəsarət alanlar var - ADLAR / FOTO

!Reklam – Yazi

“Salyanda qaz partlayışı nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağırlaşıb”.

Salyan Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, rayonun Qarabağlı kəndində baş hadisə zamanı xəsarət alanlardan birinin vəziyyəti ağır, iki nəfərin vəziyyətlərinin isə orta-ağırdır:

“Hadisə zamanı xəsarət alan, ailə başçısı Zaur Qurbanovun vəziyyəti ağırdır. Digər xəsarət alanlar ana və oğlunun vəziyyəti orta-ağırdır. Xəsarət alan şəxslərə xəstəxanada həkimlər tərəfindən tibbi yardım göstərilib, onların müayinə və müalicələri davam etdirilir”./Report/

***

Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.

Yenicag.az bildirir ki, hadisə Qarabağlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü – 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayıl Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv