!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Salyandakı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

!Reklam – Yazi

Ötən gün Salyanda baş verən yol-nəqliyyat hadisəsilə əlaqədar saat 20:38-dən başlayaraq 12 nəfər (hər biri kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə Yenicag.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumatda qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Onların vəziyyətləri stabil qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, hadisə ötən gün Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib. Nəticədə 12 nəfər xəsarət almışdı. Yaralılar təcili olaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

www.yenicag.az

129
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv