!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Şamaxı” – “Kəpəz” oyununda qalib müəyyənləşmədi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Yenicag.az xəbər verir ki, açılış oyununda “Kəpəz” “Şamaxı” klubunun qonağı olub. Şamaxı şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib – 1:1.

Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Emin Zamanov açıb. Cəmi 4 dəqiqə sonra Gəncə təmsilçisinin yarımmüdafiəçisi Abdullahi Şuaybu tarazlığı bərpa edib.

Bu heç-heçədən sonra xallarını 29-a çatdıran “Kəpəz” 7-ci pillədəki mövqeyini qoruyub. 23 xalı olan “Şamaxı” isə 9-cu sırada qərarlaşıb.

Günün ikinci görüşündə “Qarabağ” “Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, XXXI turun “Turan Tovuz” – “Sabah” və “Səbail” – “Neftçi” oyunları aprelin 22-də, “Sumqayıt” – “Qəbələ” görüşü isə aprelin 23-də keçiriləcək./Report/

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv