!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Şamaxı” “Neftçi” ilə qarşılaşacaq

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında bu gün XXVI tura yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, turun qapanış matçı Şamaxıda keçiriləcək.

Eyniadlı komanda çempionatın iddialı klublarından “Neftçi”ni qəbul edəcək. Son 5 dueldə “Şamaxı”ya qalib gələn “ağ-qaralar” seriyanı davam etdirməyə borcludurlar. Əks təqdirdə, ikinci pillədəki “Sabah”la xal fərqi artacaq.

Bölgə təmsilçisi isə məğlub olmamaqla həm iki illik “Neftçi” tilsimini qırmaq, həm də sonuncu pillədəki “Səbail”dən uzaqlaşmaq niyyətindədir. Üçüncü sıradakı bakılıların aktivində hazırda 52 xal varsa, “Şamaxı” 20 xalla doqquzuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun “Kəpəz” – “Zirə” və “Turan Tovuz” – “Qəbələ” görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, “Sabah” “Sumqayıt”ı 4, “Qarabağ” isə “Səbail”i 3 cavabsız qolla üstələyib.

Premyer Liqa

XXVI tur

12 mart (bazar)

15:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Emin Cəfərov

Şamaxı şəhər stadionu/Report/

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv