!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şamaxıda 9 odlu silah polisə könüllü təhvil verildi

!Reklam – Yazi

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

www.yenicag.az

127
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv