Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şamaxıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı

Şamaxı rayonu ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

– Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Əhmədov Mehman Əhməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

– Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Teyyubov Səbuhi Mülkəsahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;

– Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Azər Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi;

– Şamaxı rayonu, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Babayev Rəşad Ələmdar oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

www.yenicag.az

203
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100