!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsraildə çətin vəziyyətdə qalan azərbaycanlı müğənni vətəninə qayıtdı - YENİLƏNDİ + FOTO

!Reklam – Yazi

İsrail və HƏMAS arasındakı toqquşmalar səbəbindən konsert vermək üçün getdiyi paytaxt Təl-Əvivdə çətin vəziyyətlə üzləşən azərbaycanlı müğənni Samirə Əfəndi ailəsi ilə birlikdə Azərbaycana gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a sənətçinin yaxınları məlumat verib.

O, bu gün axşam saatlarında baş verənlərlə bağlı yerli mətbuata açıqlama verəcək.

***

10:41

Müğənni Samirə Əfəndi ailəsi və meneceri ilə birlikdə İsraili tərk edə bilib.

Yenicag.az xəbər verir ki, müğənni bu barədə “instagram” hesabında yazıb.

O, hava limanından foto paylaşaraq Tel-Avivdən İstanbula uçduğunu qeyd edib.

Xatırladaq ki, İsraildə konsert proqramı ilə çıxış edən Avroviziya təmsilçimiz və ailəsi HƏMAS-ın İsrailə raket zərbələri endirməsindən sonra sığınacağa yerləşdirilmişdi.

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv