!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Samirədən həmkarına SƏRT CAVAB: “Qızla duet oxuyurlar, lap əcəb edirlər”

!Reklam – Yazi

“Elə bir dövrə gəlib çıxmışıq ki, insanlar musiqili meyxanaya daha çox üstünlük verirlər”.

Bu sözləri meyxanaçıların xanımlarla duet oxumağını, eləcə də musiqili meyxananı qəbul etməyən həmkarı İntiqam Rüstəmova cavab verən tanınmış müğənni və meyxana ifaçısı Samirə Yusifqızı Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi bu gün insanların daha çox musiqili meyxanaları bəyəndiyini, həmçinin meyxanaçıların xanımlarla duet oxumalarını dəstəklədiyini bildirib:

“Hamı meyxananı pula görə deyir. Təkcə meyxanaçılar deyil, elə hamımızı xalq dolandırır. Elə bir dovrə gəlib çıxmışıq ki, insanlar musiqili meyxanaya daha çox üstünlük verirlər. Deyə bilirlərsə, lap yaxşı.

Qızla duet oxuyurlar, lap əcəb edirlər. Xanımlara da yol açırlar, özləri də populyarlıq qazanırlar. Pisdir, bəyəm? Bununla qızlar da gedir qabağa. İlk dəfə Damla elə Pərvizlə populyar oldu, sonra da başladı solo karyerasına.

Türkan, Vasif Əzimovla Zeynəb… Hanısını deyim? Lap əla da edirlər. Mən onları dəstəkləyirəm. Güya İntiqam mənimlə meyxana deməyib ki? İstər məclislərdə, istərsə də efirlərdə. İntiqamla bütün Rusiyanı gəzmişik. O nə deməkdir ki? Bu fikirlə razı deyiləm”.

Cəvahir

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv