!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Samirədən Rusiya toylarını boykot edənlərə: “Desələr, 5-6 min veririk, qaça-qaça gedəcəklər”

!Reklam – Yazi

Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarına etiraz əlaməti olaraq, bəziləri isə təhlükədən ehtiyatlanaraq Rusiya toylarına getməyəcəklərini deyirlər.

Yenicag.az-a açıqlama verən tanınmış sənətçi Samirə Yusifqızı onların səmimi olmadıqlarını, gündəm naminə belə danışdıqlarını bildirib:

“Çağırsalar, elə qəşəng gedərlər ki… Deyirlər də, yalandan. Özləri haqda müsbət rəy yaratmaq üçün belə danışırlar, yəni ay insanlar, baxın mən hər şeyə diqqət edirəm. Allaha and olsun, zəng edib desələr ki, dur gəl, Moskvaya 5-6 min pul veririk, elə gedəcəklər qaça-qaça. Heç müharibəyə zada da baxmayacaqlar. Boş şeylərdir”.

Vaxtaşırı Rusiya toylarına dəvətlər alan sənətçi çağırsalar, ora “uça-uça” gedəcəyini də gizlətməyib:

“Şəxsən mənə zəng edib, toya dəvət etsələr “uça-uça” gedəcəm. Niyə də getmirəm. Toyumu oxuyub, pulumu alıb gələcəm, burda nə var ki?.. Güya mən ora əlimə tüfəng alıb vuruşmağa getmirəm ki… Bəziləri deyir, ay oralara getmək qorxuludur, nədir, yalan söhbətlərdir”.

Cəvahir

www.yenicag.az

991
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv