!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şampun qabında narkotik gizlədən 2 nəfər həbs edildi

!Reklam – Yazi

Şampun qabında narkotik maddə gizlədən şəxslər saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elçin Hüseynov və İmişli rayon sakini Mehtixan Cəfərov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, axtarış zamanı şəxslərin narkotik vasitələri şampun qablarında gizlətdiyi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv