!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Samuxda güclü PARTLAYIŞ - Ağır yaralanan var - TƏFƏRRÜAT

!Reklam – Yazi

Samux rayonunda qaz sızması nəticəsində fərdi mənzillərdən birində partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə rayonun Sərkar kəndində baş verib.

Hadisə zamanı evdə olan şəxslərdən biri 24 yaşlı Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə ilk olaraq Samux rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə yaralı reanimasiya şöbəsinə yerləşdilib, onun vəziyyəti ağırdır. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma başlanılıb.

***

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv