!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Samvel Babayanın müsahibəsi əsasında cinayət işi başlandı

!Reklam – Yazi

Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Samvel Babayanın Ermənistanın İctimai Televiziyasına verdiyi açıqlamalar əsasında cinayət işi başlanıb.

Yenicag.az “Azadlıq Radiosu”nun erməni xidmətinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluqdan bildirilib ki, iki maddə üzrə cinayət işi başlanılıb. Bunlardan biri “hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə “komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi” maddələridir.

Həmçinin əlavə olunub ki, hazırda iş üzrə təqsirləndirilən şəxslər yoxdur.

Qeyd edək ki, Babayanın 6 oktyabr tarixində verdiyi açıqlamalarda Ermənistan hakimiyyətini qondarma “DQR”in “rəhbərliyini” məsuliyyətə cəlb etməyə çağırıb./apa

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv