!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanksiya altında olan Rusiya qazına ALTERNATİV: “Azərbaycan açar ölkə funksiyasını həyata keçirə bilər” - EKSPERT

!Reklam – Yazi

“Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” ticarət yollarının üzərində yerləşdiyinə görə bu məsələdə açar ölkə funksiyasını həyata keçirə bilər”.

Bu sözləri Rusiyanın qaz kəmərlərinə alternativ olaraq Azərbaycan üzərində Xəzəryanı ölkələrin ixrac potensialını dəyərləndirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamsında bildirb.

O qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları nəzərə alsaq, bu ölkə öz ehtiyatlarını bu yolla dünya bazarlarına çıxarmaq imkanı əldə bilər:

“Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, həmçinin Türkmənistan prezidentinin Azərbaycana təşkil edilən səfər zamanı bu istiqamətdə atılması gərəkən məsələlər ön plana çıxarılıb. Bundan başqa Qazaxıtan rəhbərliyi ilə keçirilən görüşdə bu məqamlara toxunulub. Xəzəryanı ölkələr arasında sözügedən istiqamətdə müzakirələr aparılır. Təbii ki, Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” ticarət yollarının üzərində yerləşdiyinə görə bu məsələdə açar ölkə funksiyasını həyata keçirə bilər. Eyni zamanda Rusiyaya qarşı qoyulan sanksiyaları da nəzərə alsaq, bu ölkə Azərbaycan vasitəsilə dünya bazarlarına karbohidrat ehtiyatlarının da ixracını reallaşdıra bilər. Bütün bu amillər onu deməyə əsas verir ki, bu yönümdə potensialımız mövcuddur. Layihəylə bağlı ölkələr arasında hər hansısa problem yoxdur. Mövzuya dair digər bir nümunə Azərbaycan-Türkmənistan-İran liderləri arasında görüş təşkil edilib və yeni layihələrin həyata keçirilməsi yönündə müzakirələr aparılib”.

Yusif Səmədzadə

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv