!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sanksiyalar niyə gözlənilən effekti vermir? - "Avropanın Moskvayla razılaşma əldə etdiyi..." - İqtisadçı

!Reklam – Yazi

“The Economic Times” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə artırıb. Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-ni Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb. Nəticədə neft və benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-də yaşanır.

Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib ki, dünya bazarında neft və qazın artan qiyməti Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların effektsiz olmasına yol açıb:

“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar gözlənilən effekti vermədi. Düzdür, Rusiya müəyyən çətinliklərlə üzləşib və ixrac etdiyi bəzi məhsullara qadağa qoyulub. Bu yaxınlarda qızıl ixracatına qoyulan qadağa Rusiyanın 19 milyard dollar zərərə uğramasına səbəb olub. Lakin neft və qazın qiymətinin fantastik dərəcədə artımı Rusiyanın üzləşdiyi zərərlərin təsirlərini azaldıb. Bu gün Rusiyada rublun qiyməti sabit olaraq qalmaqdadır.

Hətta müharibədən öncəki faiz dərəcəsi də aşağı düşüb. Bu, Rusiyanın sanksiyalardan ciddi zərbə almadığını göstərir. Bu gün Çin və Hindistan hələ də Rusiyadan neft və qazı baha qiymətə alır. Bu, Rusiyanın iqtisadi vəziyyətinin tarazlaşmasına müsbət təsir edir. Rusiyaya qarşı embarqoların olmasına baxmayaraq, Avropanın hər hansısa şəkildə Moskvayla razılaşma əldə etdiyi ehtimal olunur”.

Gülşən Şərif

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv