!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sankt-Peterburq görüşünü “formallıq”dan çıxaran SƏBƏB: “Bu, Rusiyanın ABŞ-ın cəhdlərinə cavab reaksiyasıdır” - ŞƏRH

!Reklam – Yazi

“Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, nəzərdə tutulan görüşdən keyfiyyətcə nəsə yenilik gözləməyə dəyər”.

Bu fikirləri Müstəqil Dövlətlər Birliyi (MDB) ölkə başçılarının dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək görüşünün mümkün nəticələrini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi MDB məkanında inteqrasiya prosesinin gücləndirilməsinə ehtiyac yaradıb:

“MDB liderlərinin planlaşdırılan Sankt-Peterburq görüşünü onların ənənəvi illik toplantısı kimi qiymətləndirmək olar. Amma müasir beynəlxalq münasibətlərin indiki vəziyyətini və qüvvələr nisbətini nəzərə alsaq, Sankt-Peterburq görüşünə ənənəvi toplantı kimi yanaşmaq doğru olmazdı.

Xüsusilə, ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsi, Avropanın təbii qaz təminatında çətinliklərin yaranması, o cümlədən, Amerikanın enerji daşıyıcılarının nəqlində Avropa ilə Rusiyanın əlaqələrində bir maneə yaratmaq cəhdləri MDB məkanında inteqrasiya prosesinin gücləndirilməsinə ehtiyac yaradıb.

Aylar əvvəl ABŞ ilə Böyük Britaniya nümayişkar tərzdə London Xartiyasını imzaladı və həmin sənədin dünyanın ümumi demokratik dəyərlərini bölüşməyən ölkələrə qarşı yönəldiyini açıq şəkildə bəyan etdilər. Hətta imzalanan o sənəd 1944-cü ildə imzalanmış məşhur London Xartiyasının davamı kimi dəyərləndirildi.

Burada bir qədər əvvəl ABŞ-də təşkil olunan Demokratiya sammitinə Ermənistan istisna olmaqla, digər MDB dövlətlərinin dəvət olunmaması da ciddi nəticə çıxarmağa əsas verir ki, Amerika öz ətrafında Rusiya ilə Çinə qarşı geosiyasi toparlanma prosesinə başlayır.

Ona görə də, Rusiyanın MDB miqyasında irəli sürdüyü təşəbbüsləri ABŞ-nin haqqında danışılan cəhdlərinə bir cavab kimi də xarakterizə etmək mümkündür. Bu baxımdan, mövcud beynəlxalq şəraitdə planlaşdırılan Sankt-Peterburq görüşünü Rusiyanın özünü qorumağa və üzləşdiyi hücumları dəf etməyə yönəlik cavab reaksiyalarından biri kimi qiymətləndirərdim. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, nəzərdə tutulan görüşdən keyfiyyətcə nəsə yenilik gözləməyə dəyər”.

A.Zeynalov

www.yenicag.az

1004
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv